Daha bir məşhur qərar verdi
İdman
20.05.2025 09:25
Xorvatiyalı yarımmüdafiəçi İvan Rakitiç cari mövsümün sonunda karyerasını başa vuracaq.
TodayPress TV “Dalmatinski” Portalına istinadən xəbər verir ki, 37 yaşlı futbolçu bunu rəsmən açıqlamasa da, artıq qərar verdiyi bildirilir.
Yarımmüdafiəçi ötən yaydan “Hajduk”da çıxış edir.
Rakitiçin vida matçı Xorvatiya çempionatının mayın 25-də baş tutacaq “Sibenik”lə oyunda olacaq.
Qeyd edək ki, İvan Rakitiç 2011-2024-cü illərdə “Sevilya” və “Barselona” klublarındakı çıxışı ilə tanınır.
O, “Bazel”, “Şalke” və “Əl-Şabab”da da çıxış edib.
Rakitiç 2016-cı ildə “Barselona” ilə Çempionlar Liqasının qalibi olub.
İ. Rakitiç 2007-2019-cu illəri əhatə edən milli karyerasında Xorvatiya yığma komandasının heyətində 106 oyuna çıxıb.
15 dəfə rəqib torlarını silkələyən futbolçu DÇ-2018-in gümüş medalını qazanıb.
Namiq HUN
tag: İvan Rakitiç,Xorvatiya,Futbol,Karyera,Todaypress.tv,