ÇL: “Kayrat” “Seltik”i Liqa mərhələsinə buraxmadı
İdman
27.08.2025 09:00
UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin cavab görüşlərinə start verilib.
TodayPress TV xəbər verir ki, ilk oyun günündə baş tutan 3 matçda 3 tarix yazılıb.
Qazaxıstanda “Kayrat” “Seltik”i penalti seriyasında (3:2) məğlub edərək turnirin final mərhələsinə yüksəlib. Almatı təmsilçisi bu qələbə sayəsində tarixində ilk dəfə ÇL-in həlledici məthələsinə vəsiqə qazanıb.
Kipr “Pafos”u da eyni uğura imza atıb. Pafos təmsilçisi iki oyunun nəticəsinə görə, “Srvena Zvezda”nı (2:1 və 1:1) mübarizədən kənarlaşdırıraq, adını Çempionlar Liqasının tarixinə yazdırıb.
Norveç təmsilçisi “Budo Qlimt” isə “Şturm Qrats”ı (5:0 və 1:2) üstələyərək ilk dəfə ÇL-in final mərhələsinə yüksəlib.
Qeyd edək ki, pley-off mərhələsinin daha 4 cavab görüşü bu gün keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” Macarıstanda 3:1 hesabı ilə məğlub etdiyi “Ferentsvaroş”u Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
Namiq HUN
tag: UEFA,Futbol,Klub,Görüş,Todaypress.tv,
 
        
 
                                ![[[ÇL:]] “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bəlli oldu](/uploads/news/68908978836f2.webp) 
                                            ![[[Çempionlar Liqası:]] Missiya tamamlandı](/uploads/news/68afec5571ea8.webp) 
                                            ![[[“Qarabağ”]] səfərdə “Benfika”nı məğlub etdi](/uploads/news/68c9fe6faf971.webp) 
                                            ![[[Babək Quliyevə]] UEFA-dan növbəti təyinat](/uploads/news/686eb07bbbe4e.webp) 
                                            ![BMT-dən [[FIFA və UEFA-ya]] çağırış](/uploads/news/68d2e38543819.webp) 
                                            ![[[Çempionlar Liqası:]] “Qarabağ” “Şkendiya”ya qarşı](/uploads/news/689ad899483c5.webp) 
                                            ![Elçin Məsiyev [[UEFA-dan]] təyinat aldı](/uploads/news/6879e6bf118df.webp) 
                                            ![[["Fənərbağça"]] UEFA Avropa Liqasında Almaniya klubuna qalib gəldi](/uploads/news/68fba41cbb735.webp) 
                                            ![“Qarabağ”ın U-19 komandası [[ikinci oyunda da]] uduzdu](/uploads/news/68dd194902f69.webp) 
                                            ![[[Qurban Qurbanov:]] “Kopenhagen” ciddi rəqibdir”](/uploads/news/68dbab1400bd7.webp) 
                                            