Boksçular Almatıda 2 qızıl və 3 bürünc medal qazandılar

İdman

30.05.2025 16:03

Qazaxıstanın Almatı şəhərində ordu generalı Sadaqat Nurmaqambetovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib. 

TodayPress TV xəbər verir ki, yarışa Ordu İdman Klubunun heyətində qatılan Azərbaycan millisinin üzvləri 5 medal qazanıblar.

Boksçularımızdan Sübhan Məmmədov (48 kq) və Maqsud Xasmetov (63,5 kq) turnirin qalibi olublar. Hər iki boksçu finalda Qazaxıstan idmançısını  məğlub edib.

Milli üzvlərindən Tural Sarıyev (51 kq), İlqar Salahov (67 kq) və Sərxan Əliyevin (71 kq) isə xatirə turnirindən qazancı bürünc medal olub. 

Namiq HUN

tag: Qazaxıstan,Almatı,Sadaqat Nurmaqambetov,Ordu ,Sübhan Məmmədov,

photo