Azərbaycan millisi son matçına çıxacaq

İdman

30.05.2025 09:48

Azərbaycanın qadınlardan ibarət futbol millisi bu gün UEFA Millətlər Liqasında sonuncu matçına çıxacaq.   

TodayPress TV xəbər verir ki, C Liqasının IV qrupunda yer alan komandamız Litva yığmasını qəbul edəcək. 

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib: 

“Çox önəmli matça çıxacağıq. Monteneqro ilə qrup birinciliyi uğrunda mübarizə aparırıq. Mütləq qalib gəlməliyik. Bunu çox qol vuraraq əldə etsək, işimizə daha çox yarayar. Litva bizimlə oyundan sonra Monteneqro ilə qarşılaşacaq. Yəni Monteneqro son görüşdə onlara hansı nəticənin sərf edəcəyini bilərək meydana çıxacaq. Buna görə də, mümkün qədər çox qol vuraraq qələbə qazanmağa çalışacağıq. Komandamız oyuna tam hazırdır. Qızlar matçın əhəmiyyətini dərk edirlər. Fürsətdən istifadə edərək, azarkeşləri tribunalara dəvət edirəm. Azarkeş amili böyük rol oynaya bilər. Onların dəstəyi çox vacibdir. Azarkeşləri tribunalarda görmək qızlara əlavə motivasiya verər”. 

Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.   

Bayıl stadionunda keçiriləcək Azərbaycan – Litva görüşü saat 18:00-da başlayacaq.   

Namiq HUN

tag: Futbol,Azərbaycan,Qadınlar,Məşq,Todaypress.tv,