Alonso: “Formula-1” artıq əvvəlki kimi deyil”
İdman
09.10.2025 16:16
İkiqat dünya çempionu, “Aston Martin” komandasının sürücüsü Fernando Alonso niyə “Formula-1”dən kənar seriyalarda çıxış etməyi sevdiyini izah edib.
TodayPress TV xəbər verir ki, bu barədə GPblog nəşri məlumat yayıb.
İspaniyalı pilot “Formula-1”dən kənar avtoidman seriyalarının onun üçün daha “təmiz və maraqlı” olduğunu bildirib.
“Mən “Formula-1”dən kənar avtoidmanın böyük pərəstişkarıyam. Məncə, o, həm daha təmiz, həm də daha maraqlıdır. İki il “Formula-1”dən kənarda çıxış etmişəm və gələcəkdə də bunu davam etdirəcəyəm. Nə qədər aktiv olacağımı bilmirəm, amma yarışacağam. Hazırda “Formula-1”də olduğum üçün digər layihələrə vaxt ayırmaq çətindir, çünki hesab edirəm ki, bu idmana bütün həyatını həsr etmək lazımdır”, –Alonso deyib.
Qeyd edək ki, daha əvvəl Alonso Sinqapur Qran-prisinin televiziya yayım üslubunu tənqid edib. O, Hemiltonla son dövrlərdəki gərgin mübarizəsinin efirə düşməməsini ədalətsiz adlandırıb və “Formula-1” rəhbərliyindən tamaşaçılara trasdakı bütün hadisələri göstərməyi tələb edib.
Namiq HUN
tag: Fernando Alonso,Aston Martin,Formula-1,Yarış,Todaypress.tv,
