Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi

Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi
08.11.2026 10:40 Hərbi

Müdafiə Nazirliyinin rəhbər heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin və Vətənin azadlığı, ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Fəxri xiyabanı ziyarət edən Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsinə dərin ehtiramını ifadə edib. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.

Hərbi Memorial Məzarlıqda keçirilən anım mərasimində hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, memorial abidənin önünə əklil qoyularaq onların xatirəsinə ehtiram nümayiş etdirilib.

Ziyarət proqramı Zəfər parkında davam etdirilib. Burada abidənin önünə əklil və gül dəstələri qoyulub, Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.

Ziyarət zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənov şəhid ailələri və yaxınları ilə görüşüb, onların qayğıları və sosial vəziyyəti ilə maraqlanıb.

Görüşdə şəhid ailələri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya, eləcə də hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

FOTOLAR

Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 1
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 2
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 3
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 4
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 5
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 6
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 7
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 8
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 9
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 10
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 11
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 12
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 13
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 14
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 15
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 16
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 17
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 18
Zəfər Günündə şəhidlərin xatirəsi belə yad edildi - Zakir Həsənov da iştirak etdi — 19
XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər