“JF-17 Thunder Blok 3” – Güc və texnologiyanın birləşməsi!
Hərbi
25.07.2025 13:04
Pakistan və Çin əməkdaşlığının məhsulu olan “JF-17 Blok 3” döyüş təyyarəsi əlçatan qiymət və yüksək texnologiyanın ideal balansıdır.
TodayPress TV xəbər verir ki, 4.5 nəsil bu çoxməqsədli təyyarə 2450 km/saat sürət, 16.9 km yüksəklik, 1400 km döyüş radiusu və 4000 kq silah daşıma qabiliyyəti ilə seçilir.
Əsas üstünlükləri:
KLJ-7A AESA radarı – 100-dən çox hədəfi izləyir, 15 hədəfə kilidlənir.
PL-15 uzun mənzilli raketlər (~250 km).
Helmet Display və IRST – radarsız izləmə və dəqiq nişan alma.
Rəqəmsal kokpit, fly-by-wire sistem və elektron müharibə avadanlıqları ilə təchiz olunub.
“JF-17 Thunder Blok 3” hazırda dünya hərbi aviasiyasında “4.5 nəsil” təyyarələr arasında ən əlçatan və güclü namizədlərdən biri kimi qiymətləndirilir. Ekspertlər bu modelin yaxın illərdə daha geniş yayılacağını və hava donanmaları üçün strateji dönüş nöqtəsi ola biləcəyini bildirirlər.
Nicat Osman
tag: JF-17 Thunder Blok 3,Qırıcı,Təyyarə,Hərbi,Todaypress.tv,