Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirildi
Hərbi
16.08.2025 11:52
Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.
TodayPress TV xəbər verir ki, əvvəlcə pilotların uçuşun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanıb, daha sonra uçuş heyətləri təlimatlandırılıb.
Təlim-məşq uçuşları zamanı bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə havaya qalxma və yerə enmə, komanda-qərargah məntəqələri ilə qarşılıqlı əlaqədə hava və yerüstü hədəflərin aşkar edilməsi və digər fəaliyyətlər üzrə tapşırıqlar yerinə yetirilib.
Qeyd edək ki, təlim-məşq uçuşlarının əsas məqsədi aviasiya bölmələrinin döyüş hazırlığının və hərbi pilotların praktiki vərdişlərinin daha da artırılmasıdır.
tag: MN,Aviasiya,Təlim-məşq,Uçuş,Todaypress.tv,

