Zaqatalada qəza - Piyada öldü

Zaqatalada qəza -  Piyada öldü
14.06.2025 00:23 Hadisə

Zaqatala rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

TodayPress TV-nin məlumatına görə, hadisə axşam saatlarında Yevlax – Zaqatala – Gürcüstan magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, piyada 36 yaşlı Zürab Nuriyev yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətlıri alan Z. Nuriyev hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər