Yevlaxda maşın kolluğa düşdü
Yevlaxda idarəetmədən çıxan "Hunday" markalı avtomobil yol kənarındakı kolluğa düşüb.
TodayPress TV xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığında baş verib. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 1989-cu il təvəllüdlü sürücü Bəşirli Vüsal Bəliyar oğlu ətrafdakıların köməyi ilə maşından çıxarılaraq xəstəxanaya çatdırılıb.
Kəllə-beyin travması, həmçinin çənə nayihəsindən kəsik xəsarəti alan yaralının müayinə və müalicəsi davam etdirilir.