Xəzər və Suraxanı sakinlərinin NƏZƏRİNƏ!

Hadisə

18.06.2025 21:10

Xəzər rayonunda magistral qaz kəmərinin müvafiq hissəsinin dayaqlar üzərinə qoyulması və qaz sızmasının ləğvi, Suraxanı rayonunda qaz xətti üzərində təmir- quraşdırma işlərinin aparılması məqsədi ilə 19.06.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlar və Stansiya Qala yaşayış massivlərində, Mərdəkan yeni yaşayış massivində, Daxili Qoşunlar ətrafında, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsində, Bahar, Dədə Qorqud və Sahil yaşayış massivlərində və Zığ bağlarında  istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

tag: Xəzər, Qaz, Su, Magistral, Suraxanı, todaypress.tv,