Azər Qasımlının məhkəməsində ittiham aktı elan olundu
Hadisə
16.07.2025 15:44
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən iştirak etməyib.
Təqsirləndirilən şəxsin vəkili Rövşanə Rəhimli vəsatət qaldıraraq Azər Qasımlının şüşə arxasından çıxarılaraq onların yanında əyləşməsini xahiş edib. Onun digər vəsatəti müdafiə tərəfinin verdiyi sənədlərin sübutlar siyahısına əlavə olunması ilə bağlı olub.
Məhkəmə vəkilin ilk vəsatətini təmin edib və təqsirləndirilən şəxs vəkillərin yanında əyləşib. Digər vəsatət baxılmamış saxlanılıb.
Daha sonra prokuror Valeh Ələkbərov ittiham aktını elan edib.
tag: Azər Qasımlı,Bakı Ağır Cinayətlər Məhkəməsi,Cİnayət işi,Məhkəmə,Todaypress.tv,