Tərtərdə kanala düşən şəxslər xilas edildi - YENİLƏNDİ

Hadisə

03.08.2025 19:15

Tərtər rayonu ərazisində boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

TodayPress TV xəbər verir ki, dörd nəfər Cəmilli kəndi ərazisində çimmək məqsədilə Suqovşan-Goranboy magistral su kanalına düşüblər.

Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Ərazidə olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib.

Dördüncü şəxs, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğlunun cansız bədəni beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb.


***


17:45


Tərtər rayonunda 4 nəfər kanala düşüb.

TodayPress TV xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Suqovuşandan çəkilən yeni beton kanala 4 nəfər Bərdə rayon sakinləri çimmək üçün kanala atılıb. Kanal bol sulu olduğundan kanalda olan 4 nəfəri də axın vurub aparıb.

Kənd sakinləri kanalda axan bir nəfərin sağ xilas edərək təcili yardım maşını ilə rayon xəstəxanasına çatdırıb. Bir nəfəri isə ölü halda kanalda axaraq rayonun Dəmirçi istiqamətinə keçdiyini bildiriblər. Digər 2 nəfərdən isə xəbər yoxdur.

Hazırda hüquq-mühafizə əməkdaşları hadisə baş verən ərazidədirlər.

tag: Tərtər,Kanal,Boğulma,Xilasetmə,Todaypress.tv,