Sumqayıtda bıçaqlanma hadisəsi baş verdi
Hadisə
27.06.2025 21:45
1996-cı il təvəllüdlü İsmayılov Sənan Sahil oğlu aralarında baş vermiş münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.
TodayPress TV xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına 1996-cı il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunuba bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına 1996-cı il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.
Qarnın açıq yarası diaqnozu təyin edilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. Müalicəsi davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirdi ki, Sumqayıt şəhəri Sahil küçəsində 29 yaşlı şəhər sakininin naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi barədə ərazi polis orqanına məlumat daxil olub. Şübhəli şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib. Onun saxlanılması istiqamətində tədbirlər görülür.
tag: Sunqayıt, Tibb, Xəstəxana, Bıçaqlanma, todaypress.tv,