Sumqayıtda avtomobil iki qadın piyadanı vurdu

Sumqayıtda avtomobil iki qadın piyadanı vurdu
18.06.2025 08:37 Hadisə

Sumqayıt şəhərində avtomobil iki piyadanı vurub.

TodayPress TV xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, “Hyundai Sonata” markalı avtomobil yolu keçmək istəyən piyadalar - Xalidə İbadulla qızı Cabbarovanı və Yeganə Ağacan qızı Əmrahovanı vurub.

Xalidə Cabbarova aldığı xəsarətlərdən hədisə yerində keçinib.

Ağır bədən xəsarətləri alan Yeganə Əmrahova isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər