Masazırda yanğın: Ölənlər var
Hadisə
02.09.2025 09:19
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın bitişik digər evlərə keçməsinə imkan verilmədən tam söndürülüb.
TodayPress TV xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.
İkinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.
Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Onlar 1949-cu il təvəllüdü Xanım Ağakərim qızı Əliyeva və onun qızı, 1967-ci il təvəllüdlü Reyhan Oruc qızı Əliyevadır.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
tag: FHN,Yanğın,Masazır,Hadisə,Todaypress.tv,