Elan saytlarında vətəndaşları aldadan şəxs tutuldu
Hadisə
13.08.2025 09:00
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldadan 28 yaşlı Orxan Hüseynov saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan TodayPress TV-yə verilən məlumata görə, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.
tag: DİN,Polis,Dələduzluq ,Pul,Köçürmə, Zərərçəkən, todaypress.tv,
