Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü həbs edildi

Hadisə

09.08.2025 10:03

Avqustun 8-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Ekoloji nəzarət postunda “Hyundai” markalı, 48-AC-144 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında saxlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Abşeron rayonu sakini İsrafil Quliyevin alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin olunub.

Müayinə nəticəsində sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Quliyevin sürücülük hüququ məhdudlaşdırılmaqla o, 15 sutka müddətində inzibati qaydada həbs edilib.

tag: Sürücü,Sərxoş,Avtobus,Həbs,Todaypress.tv,