Lənkəranda yeniyetmə dənizdə batdı

Lənkəranda yeniyetmə dənizdə batdı
14.06.2025 21:45 Hadisə

Lənkəranda 2011-ci il təvəllüdlü Yusif Elməddin oğlu Kazımzadə dənizdə boğulub.

TodayPress TV xəbər verir ki, hadisə şəhərin "Kiçik Bazar" adlanan ərazisində baş verib.

Hadisə yerinə dalğıc-axtarış qrupu cəlb olunub. Yeniyetmənin meyiti sudan çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.