Dövlətə xəyanətdə təqsirləndirilən İqbal Əbilovla bağlı qərar qüvvədə saxlanıldı
Hadisə
27.10.2025 16:19
Xarici ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən İqbal Əbilovla bağlı məhkəmə hökmündən verilən apellyasiya şikayətinə baxılıb.
TodayPress TV xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin olunmayıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, məhkəmənin hökmü ilə İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xarici ölkədə yaşamış İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.
tag: İqbal Əbilov,Dövlətə xəyanət,Şəxs,Məhkəmə,Hökm,Todaypress.tv,
