Çimərlikdə 27 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı
Hadisə
07.07.2025 12:42
Bakıda çimərlikdə 27 yaşlı Adil Talıbovu qətlə yetirməkdə təqsirləndirilən Mətləb Süleymanlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
TodayPress TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Növbəti prosesi iyulun 21-nə təyin olunub.
Rəsmi məlumata görə, ötən il iyunun 19-da Bakının Xəzər rayonu ərazisində 1997-ci il təvəllüdlü Adil Talıbovu 1999-cu il təvəllüdlü Mətləb Süleymanlı rayonun Şüvəlan qəsəbəsində yerləşən çimərlik ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə qətlə yetirib.
Mətləb Süleymanlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
tag: Çimərlik,Qətl,Kişi,Məhkəmə,Todaypress.tv,