Binə qəsəbəsində narkotacir saxlanıldı

Binə qəsəbəsində narkotacir saxlanıldı
14.06.2025 15:46 Hadisə

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri sonuncu əməliyyat zamanı 36 yaşlı Ramin Məmmədov Binə qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin, marixuana və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb. 

TodayPress TV xəbər verir ki, R.Məmmədov ifadəsində narkotik vasitələri həm şəxsi istifadə, həm də satış məqsədilə əldə etdiyini bildirib. 

Araşdırma aparılır. 

Qeyd edək ki, Şöbə əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotiklərə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümümilikdə 51 fakt aşkarlanıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər