Ağstafada piyadanı maşın vurdu
Ağstafada 32 yaşlı kişi yol qəzasında xəsarət alıb.
TodayPress TV-nin məlumatına görə, hadisə rayonun ərazisində baş verib. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1993-cü il təvəllüdlü R.Məmmədovu vurub.
Piyada xəstəxanaya yerləşdirilib ,vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.