36 yaşlı kişini cərəyan vurdu

36 yaşlı kişini cərəyan vurdu
08.09.2025 20:50 Hadisə

Kürdəmirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürüb.

TodayPress TV xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, rayonun Xırdapay kənd sakini, 1989-cu il təvəllüdlü Bağırov Məhəbbət Ağamurad oğlu elektrik xəttində iş görərkən onu cərəyan vurub.

Ağır bədən xəsarəti alan sakin elə hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUN 2026
Bütün Xəbərlər