“Yüksəliş”də universitetlərin iştirakçı sayının statistikası açıqlandı

Elm və Təhsil

18.07.2025 15:48

“Yüksəliş” müsabiqəsində bakalavriat səviyyəsi üzrə universitetlərin iştirakçı sayının statistikası açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsinin açılış mərasimində məlumat verilib.  

Belə ki, statistikaya əsasən Azərbaycan Dövlət İqtisad Universiteti – 31 nəfər, Bakı Dövlət Universiteti 23 nəfər, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 21 nəfər, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 12 nəfər, ADA Universiteti 6 nəfər, Bakı Ali Neft Məktəbi 4 nəfər, Bakı Mühəndislik Universiteti 4 nəfər, Azərbaycan Tibb Universiteti 3 nəfər, Azərbaycan Dövlət Pedaqoji Universiteti 3 nəfər, Milli Aviasiya Akademiyası 2 nəfər, Azərbaycan Texniki Universiteti 2 nəfər, Mançester Universiteti (The University of Manchester) 2 nəfər müsabiqədə iştirak edib.  

Töhfə Səməd

tag: Yüksəliş,Müsabiqə,Final,Açıqlama,Todaypress.tv,