Nazim Mustafa: “Ermənistan bilir ki, bu yurdun sahibləri bir gün gələcək”

Elm və Təhsil

25.06.2025 11:40

“Qərbi Azərbaycanın tarixi çox faciəvidir. Biz bunu olduğu kimi yazaraq, bütün yanlış və təzadlı məlumatları düzgün şəkildə xalqa çatdıracağıq”. 

TodayPress TV xəbər verir ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Nazim Mustafa bunu “Mirasa sahibik: Qayıdış konsepsiyasının təbliğində gənc müəllimlərin rolu" forumunda bildirib.

Onun sözlərinə görə, İcma tərəfindən Qərbi Azərbaycana aid iki kitab hazırlanıb. Biri onun tarixi, digəri isə mədəniyyəti, irsi haqdadır.

“Müəllimlər həm öyrədən, həm də öyrənəndir. Məqsədimiz müəllimlər vasitəsilə gəncləri maarifləndirməkdir. Heç nə üçün gec deyil. Öyrənmək və bildiklərini insanlara çatdırmaq istəyənlər icmaya müraciət edə bilərlər. Çünki Ermənistan 600 il ərzində çox saxtakarlıq edib. Onların iç üzünü hamıya göstəməliyik. Biz qayıdışa hazır olmalıyıq”.

Nazim Mustafa qeyd edib ki, Azərbaycan qalib ölkədir və gerçəkləri bildirməkdən çəkinməməlidir. Ermənistan bilir ki, bu yurdun sahibləri bir gün gələcəklər.

Türkan İsgəndərli

tag: ADNSU,Elmi,Sessiya,Tədbir,Todaypress.tv,