“Yüksəliş”də iştirak edən namizədlərlə bağlı statistik göstəricilər açıqlandı

Elm və Təhsil

18.07.2025 15:37

“Yüksəliş” müsabiqəsində iştirak edən namizədlərlə bağlı statistik göstəricilər ictimaiyyətə təqdim olunub.

TodayPress TV xəbər verir ki, bu barədə “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsinin açılış mərasimində məlumat verilib. 

Belə ki, müsabiqədə iştirak edənlərin bakalavriat səviyyəsində qəbul olduqları ballara əsasən bölgü aşağıdakı kimidir:

301–400 bal: 4 nəfər (3%)

401–500 bal: 14 nəfər (12%)

501–600 bal: 36 nəfər (30%)

601–700 bal: 65 nəfər (55%)

Bu göstəricilər “Yüksəliş” müsabiqəsində iştirak edənlərin əksəriyyətinin yüksək balla universitetlərə qəbul olunduğunu və təhsildə yüksək nailiyyətlər qazandığını göstərir.

İştirakçıların hazırda malik olduqları təhsil pillələrinə əsasən bölgü belədir:

Bakalavriat: 124 nəfər

Magistratura: 102 nəfər

Doktorantura/Aspirantura: 11 nəfər

Eyni zamanda, elmi səviyyədə – doktorantura mərhələsində olan iştirakçılar da az deyil. 

Magistr təhsili almış iştirakçıların təhsil aldıqları ölkələr üzrə bölgü də diqqət çəkir:

Azərbaycan daxilində: 48,39%

Xaricdə: 28,43%

Həm Azərbaycanda, həm də xaricdə: 12,75%

Töhfə Səməd

tag: Yüksəliş,Müsabiqə,Final,Mərhələ,Todaypress.tv,