Ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən çoxdur

Elm və Təhsil

23.05.2025 11:15

“Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır”.

TodayPress TV xəbər verir ki, mayın 23-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. 

O diqqətə çatdırıb ki, ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var. 

“Bu, ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Cari ildə buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib. Bu həftəsonu keçiriləcək II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında 54246, iyunun 1-də keçiriləcək I və IV ixtisas qrupları üzrə imtahanlarda isə 37692 abituriyentin iştirakı nəzərdə tutulur. Bu mərhələdə də ötən illə müqayisədə təqribən 7 min çox imtahan iştirakçısı var”. 

Töhfə Səməd

tag: DİM,İmtahan,Məleykə Abbaszadə,Tədbir,Todaypress.tv,