Rus məktəbləri pullu olmalıdır - Novella Cəfəroğlu
Elm və Təhsil
08.09.2025 17:38
"Azərbaycanda rus məktəblərinin tamamilə bağlanması real deyil".
Bu fikirləri hüquq müdafiəçisi Novella Cəfəroğlu TodayPress TV-də yayımlanan “Reaksiya” rubrikasında səsləndirib.
Onun sözlərinə görə, rus məktəblərinin sayını azaltmaq və ya ingilis məktəblərində olduğu kimi, pullu əsaslarla fəaliyyət göstərməsini təmin etmək mümkündür:
"Azərbaycanda çox az rus qalıb. Amma azərbaycanlı ailələr də övladlarını rus sektoruna qoyurlar. İmkanı çatmayan insanlar isə övladlarını Azərbaycan bölməsinə yönləndirsinlər. Necə olur ki, rayonlardan olan uşaqlar yüksək bal toplayaraq universitetə qəbul olurlar? Bu məsələ özü də göstərir ki, əsas dil yox, təhsilin keyfiyyətidir. Şəhər məktəblərində də keyfiyyəti artırmaq olar".
Hüquqşünas hesab edir ki, mövcud vəziyyətdə əsas problem məktəbin tədris dili deyil, ümumtəhsil sistemində keyfiyyətin yüksəldilməsidir.
Türkan İsgəndərli
tag: Novella Cəfəroğlu,Hüquq müdafiəçisi,Rus məktəbi,Pullu,Todaypress.tv,