Pekin Xarici Dillər Universitetinə Azərbaycan haqqında nəşrlər hədiyyə olundu

Elm və Təhsil

30.05.2025 18:50

Heydər Əliyev Fondu Pekin Xarici Dillər Universitetinə Azərbaycan haqqında nəşrlər hədiyyə edib.

TodayPress TV xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

Kitabların təqdimetmə mərasimində Heydər Əliyev Fondunun nümayəndəsi Soltan Məmmədov, Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov, Pekin Xarici Dilər Universitetinin prorektoru Gao Qanq iştirak edib.

Universitetdə Azərbaycan dili kafedrası yarandığı gündən Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. Fond indiyədək bu ali təhsil müəssisəsinə 500-dən çox nəşr hədiyyə edib. Eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə gənc azərbaycanlı alimlərin Pekin Xarici Dillər Universitetinə səfəri təşkil olunub. Görüşdə Heydər Əliyev Fondu ilə Universitet arasında sıx əməkdaşlığın iki ölkənin münasibətlərinin dərinləşməsinə, xalqlarımızın bir-birini daha yaxından tanımasına böyük töhfələr verdiyi vurğulanıb. Azərbaycanda Çin dilinin, Çində isə Azərbaycan dilinin tədrisinə, habelə iki ölkənin təhsil ocaqları arasında əlaqələrin inkişafına, gənclərin səfərlərinin təşkilinə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Bildirilib ki, PXDU-nun prorektorunun oktyabrda Azərbaycana səfəri çərçivəsində Pekin Xarici Dilər Universiteti ilə Heydər Əliyev Fondu arasında anlaşma memorandumunun imzalanması planlaşdırılır.

tag: Heydər Əliyev Fondu,Pekin Xarici Dillər Universiteti,Azərbaycan ,Kitab,todaypress.tv,