Nazir müşaviri: “Şagirdlərdə bacarıq və səriştələrin formalaşdırılması yüksək səviyyədə deyil”
Elm və Təhsil
12.09.2025 11:17
"Son 4 ildə aparılan monitorinqlər dərslərin keyfiyyətində xeyli dəyişikliklər edib".
TodayPress TV xəbər verir ki, bu sözləri Elm və Təhsil nazirinin müşaviri Elnur Əliyev 2025-2026-cı tədris ilinə həsr olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, bu illər ərzində 400 məktəbdə 17 300 müxtəlif dərs dinlənilib.
"Dinlənilən 10 dərsdən 7-sinin keyfiyyəti zəif olub. 30 faizi kafi və ya yaxşı olub. Bu, əlbəttə, məyusedici hal idi. İndiki halda isə həmin məsələlər üzrə işlənilir və proses davam etdiriləcək".
Elnur Əliyev əlavə edib ki, şagirdlərdə bacarıq və səriştlərin formalaşdırılması da yüksək səviyyədə deyil. Buna görə müəllimlərin həmin istiqamətdə də maarifləndirilməsi işləri aparılır.
Türkan İsgəndərli
tag: MÜTDA,Tədbir,Çıxış,Müşavir,Todaypress.tv,