Məlahət İbrahimqızı: “Ermənistan Qərbi Azərbaycanın təbii sərvətlərini mənimsəyib”
Elm və Təhsil
25.06.2025 11:21
“Qərbi Azərbaycan mövzusu unutdurulmağa çalışılır”.
TodayPress TV xəbər verir ki, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bunu "Mirasa sahibik: Qayıdış konsepsiyasının təbliğində gənc müəllimlərin rolu" forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan xalqı bu mövzuda maarifləndirilməlidir.
"Prezidentimiz də hər zaman bildirir ki, bir dövlətin gələcəyi gənclərdən asılıdır. Buna görə də onlara xüsusi diqqət ayrılmalı, onlar bu mövzuda maarifləndirilməlidirlər. Bunun da yolu təhsildən keçir. Qərbi Azərbaycan mövzusu təhsilə inteqrasiya olunmalı, onun bir parçası olmalıdır".
Deputat əlavə edib ki, Qərbi Azərbaycanın təbii sərvətləri var. Ancaq Ermənistan hazırda onu mənimsəyib.
Türkan İsgəndərli
tag: Qərbi Azərbaycan ,Ermənistan,Sərvət,Məlahət İbrahimqızı ,Todaypress.tv,