İlahiyyat İnstitutundan 56 tələbə məzun olur
Elm və Təhsil
21.06.2025 11:26
“Azərbaycan İlahiyyat İnstitutu Azərbaycanda din sahəsində ali təhsil verən yeganə dövlət müəssisəsidir”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov institutun “Məzun günü” tədbirində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, institut artıq dördüncü ildir ki, məzunlarını yola salır:
“Məzunlarımız Azərbaycanda müxtəlif dini qurumlarda, elmi müəssisələrdə fəaliyyət göstərirlər, peşəkar dini kadrlar kimi Azərbaycanın müxtəlif bölgələrində fəaliyyətlərini davam etdirirlər. İlahiyyat İnstitutunun beynəlxalq əlaqələri də bu illər ərzində xeyli genişlənib. Bizim təxminən 33 xarici ali təhsil müəssisəsi ilə müqavilələrimiz var. Bu çərçivədə tələbə, müəllim mübadiləsi həyata keçirilir”.
Aqil Şirinov bu il İlahiyyat İnstitutundan məzun olanların sayını açıqlayıb. Qeyd edib ki, bu il bakalavr pilləsi üzrə 48, magistr pilləsi üzrə isə 8 tələbə məzun olur.
Qiymət Mahir
tag: İlahiyyat,İnstitut,Tədbir,Məzun,Todaypress.tv,