Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında iştirak etdi

Elm və Təhsil

24.06.2025 20:15

İyunun 24-də ADA Universiteti və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumata verilib.

Bildirilib ki, konfransa 7 ölkədən 230-dan çox iştirakçı qatılıb.

“Formal təhsil hüdudlarından kənar: sürətlə dəyişən dünya ilə ayaqlaşan təhsilə doğru” mövzusuna həsr olunmuş builki konfrans təhsil sahəsində innovativ yanaşmaların müzakirəsi üçün geniş platforma yaradıb.

Konfransın rəsmi açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayıb. Nazir təhsil gündəminin aktual məsələlərinə toxunaraq bu sahəyə elmi yanaşmanın və aparılan tədqiqatların vacibliyini xüsusi vurğulayıb. Emin Əmrullayev tədbir iştirakçıları ilə təhsilin bütün pillələrinə dair bir sıra maraqlı məqamları müzakirə edib. Nazir həmçinin müasir dövrün çağırışları fonunda təhsil sisteminin dəyişən reallıqlara uyğunlaşdırılmasının zəruriliyindən də bəhs edib.

tag: Elm,Təhsil,Emin Əmrullayev,İmtahan,todaypress.tv,