Emin Əmrullayev: "Rəqəmsal məktəb" platforması fəaliyyətə başlayacaq

Elm və Təhsil

11.09.2025 11:41

Yeni "Rəqəmsal məktəb" platforması fəaliyyətə başlayacaq ki, bununla da valideynlər övladlarının təhsil vəziyyətini görəcək və müəllimlər oradan şagirdləri qiymətləndirə biləcəklər.

TodayPress TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media brifinqində çıxışı zamanı deyib.

O əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda 14 məktəb fəaliyyət göstərəcək. Ümumilikdə 2807 şagird təhsil alacaq.

"Gəncləri Ali Məktəblərdən peşə təhsilinə yönləndirməyə çalışırıq. Bəziləri ümumiyyətlə oxumaq istəmir. Ona görə də, peşə təhsili xüsusi önəm kəsb edir. Bu il SABAH proqramının əhatə dairəsi genişlənib. 2028-ci ilə qədər bu prosesi davam etdirmək planımız var", - deyə Emin Əmrullayev qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Emin Əmrullayev,Elm ,Təhsil,Şagird,Todaypress.tv,