2 milyondan çox yazı işinin yoxlanılmasında süni intellektdən istifadə olunub
“Dövlət İmtahan Mərkəzi (DİM) süni intellektə aid olan vasitələrdən istifadə edir”.
TodayPress TV xəbər verir ki, mayın 23-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O diqqətə çatdırıb ki, 2 milyon 700 yazı işinin yoxlanılmasında həmin vasitələrdən istifadə olunur.
“Hər bir mərhələdə süni intellektin istifadə olunması isə mümkün deyil. Məsələn, 9-cu sinifdə bu il ilk dəfə yazı işləri əlavə olunub. Həmin vasitələrin yoxlanmasında insan zehnindən istifadə olunmaqla yanaşı, süni intellektdən də istifadə olunur. Dünyada da belə bir nümunə yoxdur ki, bütün proseslərin, xüsusilə də yazı işlərinin yoxlanması üçün süni intellektdən istifadə olunsun.
Biz “Chatbot” sistemi yanaşı, süni intellekti operator xidmətinə də əlavə etmək istəyirik. Hazırda sınaq mərhələsindədir. Lakin kimsə zəng edib əlavə suallar versə, süni intellekt onu sonlandıra bilməyəcək. Ona görə hələ də insan zəkasına ehtiyac var”.
Töhfə Səməd
tag: DİM,İmtahan,Qəbul,Buraxılış,Dövlət,Qulluq,Todaypress.tv,