Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçiminə start veriləcək
Elm və Təhsil
04.06.2025 16:25
05 iyun saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.
Bu barədə TodayPress TV-yə MÜTDA-dan məlumat verilib.
Nəzərinizə çatdırırıq ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
– Alternativ qeydiyyat mərkəzlərinə
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, 06 may 2025-ci il tarixindən etibarən Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən bir sıra ümumi təhsil müəssisələrinin birinci sinfinə qəbul prosesində prioritet tətbiq edilirdi. Proses 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.
tag: MÜTDA,Şagird,Qəbul,Proses,Todaypress.tv,