Nazir: "10 müəllimdən 7-si formativ qiymətləndirmə apara bilmir"
Elm və Təhsil
12.09.2025 12:08
"Nazirlik bütün problemi başa düşür. Ancaq cəmiyyət buna inanmaq istəmir".
TodayPress TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev 2025-2026-cı tədris ilinə həsr olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi problemlər üzərində çalışır. Lakin bəzilərinin həlli vaxt aparır:
"Təhsil sistemində oxuyub-anlama çox zəifdir. Sual versələr ki, bunu niyə dəyişə bilmirsiniz? Buna səbəb isə mütəxəssislərə ehtiyacın olmasıdır. Bizim ən savadlı zənn etdiyimiz müəllim belə 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir. Sual dəyişdikdə isə narazılıqlar yaranır, imtahan nəticələri aşağı düşür. Buna görə də problemin həlli çətinləşir".
Emin Əmrullayev qeyd edib ki, müəllimlərin sertifikasiyası vacibdir. Çünki 10 müəllimdən 7-si formativ qiymətləndirməni apara bilmir.
"Bu o demək deyil ki, onlar zəifdir. Bu o deməkdir ki, həmin müəllimlər bu sahə üzrə təkmilləşməlidir", - deyə nazir əlavə edib.
Türkan İsgəndərli
tag: Emin Əmrullayev,Elm ,Təhsil,Şagird,Todaypress.tv,