I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Elm və Təhsil
03.07.2025 15:12
Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 13-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 13-də III ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan da keçiriləcək.
Bu barədə TodayPress TV-yə DİM-dən məlumat verilib.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.
Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
İmtahan iştirakçıları dim.gov.az saytı ilə yanaşı, my.gov.az portalı və ya “mygov” mobil tətbiqi vasitəsilə də Dövlət İmtahan Mərkəzinin “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətindən istifadə edərək “İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
tag: DİM,İmtahan,I və IV ixtisas,Bakı,Todaypress.tv,