104 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlandı

Elm və Təhsil

20.05.2025 12:27

8

Bu günə qədər 104 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb. 

Bu barədə TodayPress TV-yə MÜTDA-dan məlumat verilib. 

Bildirilib ki, mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. 

Məlumata görə, rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə 6 may tarixindən etibarən başlanılıb və 20 may 2025-ci il saat 18:00-da başa çatacaq.

05 iyun saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə, 17 iyul saat 11:00 tarixindən isə rus bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçimi həyata keçiriləcək. 

Proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə: – Alternativ qeydiyyat mərkəzlərinə – Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə – ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər. 

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

tag: Elm,Təhsil,Şagird,Qəbul,Todaypress.tv,