Peşezkian İsrailin hücumu zamanı xəsarət alıb

Dünya

13.07.2025 13:00

İran Prezidenti Məsud Pezeşkian 16 iyun tarixində baş vermiş İsrail hücumu zamanı ayaqlarından yüngül xəsarət alıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilir ki, raket və ya bomba zərbələri Tehran şəhərinin qərbində yerləşən binada Təhlükəsizlik Şurasının iclası zamanı endirilib.

İsrailin hücumu "Hizbullah" lideri Seyyid Həsən Nəsrullahın qətli modelində hazırlanıb: binanın giriş və çıxışları bombalanıb, havalandırma sistemi sıradan çıxarılıb və elektrik enerjisi kəsilib.

Rəsmi şəxslər əvvəlcədən hazırlanmış fövqəladə çıxış yolu vasitəsilə binanı tərk ediblər. Prezident daxil olmaqla bir neçə yüksək vəzifəli şəxs binadan çıxarkən yüngül ayaq xəsarətləri alıb.

Agentlik yazır ki, hücumun dəqiqliyinə görə binaya informasiya sızmasının mümkünlüyü araşdırılır.

Qiymət Mahir

tag: İran ,Məsud Pezeşkian,Məsud Pezeşkian ,İsrail ,Todaypress.tv,