Zelenski: "Uzaq məsafədən zərbələr müharibənin sonunu yaxınlaşdıracaq"

Dünya

06.07.2025 18:40

"Ukraynanın uzunmüddətli silahlardan istifadəsi müharibənin sonunu yaxınlaşdırmağa kömək edə bilər". 

TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, bu gün Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin cəbhədəki vəziyyətlə bağlı məruzəsi olub. Xüsusilə, ən çox hücumlar Pokrovsk istiqamətində olub. Digər Donetsk istiqamətlərində, Sumi və Xarkov vilayətlərində də döyüşlər davam edir.

"Rusiyanın uzaqmənzilli zərbələrindən qorunmaq üçün çalışmalıyıq. Əsgərlərimizin hər birinə dəqiqliyinə və Rusiyanın hətta çox ucqar ərazilərinə belə çata bildiklərinə görə minnətdaram", - o bildirib.

Zelenski sonda əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri, Ukrayna Təhlükəsizlik Xidməti və kəşfiyyat xidmətlərinin birgə işi Ukraynaya müharibənin sonunu yaxınlaşdırmağa kömək edir. 


Nicat Osman

tag: Ukrayna,Zelenski,Sumi,Xarkov,Pokrovski,Dünya xəbərləri,Todaypress.tv,