Zelenski üçtərəfli görüşə cavab verdi
Dünya
16.08.2025 15:00
Ukrayna Prezidenti Volodimir Zelenski Alyaskada keçirilən sammitdən sonra ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə apardığı telefon danışıqlarının nəticələri barədə açıqlama verib.
TodayPress TV xəbər verir ki, o, bu barədə "Telegram" kanalında məlumat paylaşıb.
Zelenski bildirib ki, Tramp ona Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüş haqqında məlumat verib və danışıqların məzmununu açıqlayıb. O, həmçinin Trampın irəli sürdüyü Ukrayna-ABŞ-Rusiya formatında üçtərəfli görüş təklifinə də münasibət bildirib.
"Biz prezident üçtərəfli görüş təklifini dəstəkləyirik. Ukrayna hesab edir ki, əsas məsələlərin liderlər səviyyəsində müzakirəsi mümkündür və bu baxımdan üçtərəfli format uyğundur", - deyə Zelenski qeyd edib.
Prezident əlavə edib ki, Tramp və Avropa liderləri ilə danışıq yaxşı keçib.
Türkan İsgəndərli
tag: Zelenski,Tramp,Putin,Görüş,Todaypress.tv,