Zelenski Sviridenkoya Baş nazir postunu təklif etdi

Dünya

14.07.2025 16:25

Ukrayna prezidenti Volodimir Zelenski, iqtisadiyyat naziri və Baş nazirin müavini Yuliya Svırıdenkonun ölkə hökumətinə rəhbərlik etməsini təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə dövlət başçısı "Telegram" kanalında məlumat verib.

"Mən Yuliya Svırıdenkonun Ukrayna hökumətinə başçılıq etməsini və onun işini əhəmiyyətli dərəcədə yeniləməyi təklif etmişəm", – deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, yeni hökumətin fəaliyyət planı yaxın vaxtlarda təqdim olunacaq.

Onun sözlərinə görə, Sviridenko ilə görüşdə iqtisadi potensialın gücləndirilməsi, Ukrayna vətəndaşlarının dəstəklənməsi və silah istehsalının artırılması kimi məsələlər müzakirə olunub. Bu çərçivədə o, icra hakimiyyəti sistemində islahatların başladığını da açıqlayıb.

Qeyd edək ki, hazırkı baş nazir Denis Şmıxalın vəzifədən uzaqlaşdırılması ilə bağlı şayiələr bir müddətdir ki, mediada yer alır. 

Türkan İsgəndərli

***

16:00

Ukrayna Prezidenti Volodimir Zelenski Yuliya Svırdenkoya Ukrayna hökumətinə rəhbərlik etməyi təklif edib. 

TodayPress TV "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Zelenski "Telegram"da yazıb.  

tag: Ukrayna ,Prezident,Zelenski , Yuliya Svırdenkoya ,Todaypress.tv,