İran və ABŞ danışıqlarının beşinci raundu başladı

Dünya

23.05.2025 16:41

İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqların beşinci raundu İtaliyanın paytaxtı Romada başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "ISNA" agentliyi məlumat yayıb.

Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir. Hər iki tərəfdən digər diplomatik nümayəndələr də iştirak edir. 

Görüşlər Oman səfirinin iqamətgahında keçirilir və vasitəçi kimi Omanın xarici işlər naziri Bədr əl-Busaidi çıxış edir.

İran Xarici İşlər Nazirliyi bildirib ki, danışıqlarda əsas məqsəd ABŞ-nin dəyişkən mövqeyini aydınlaşdırmaqdır. ABŞ əvvəlki nüvə sazişində olduğu kimi, uran zənginləşdirmə səviyyəsinin maksimum 3,67% olması təklifini irəli sürüb. Lakin İran hazırda 60%-ə qədər zənginləşdirmə aparır və bu təklifi rədd edib.

Qeyd edək ki, danışıqların əvvəlki raundları Maskat və Romada baş tutub.

Türkan İsgəndərli

tag: İran,ABŞ,Oman,Roma,todaypress.tv,