Zelenski Rusiyaya yeni zərbələr endirdiyini açıqladı
Dünya
06.07.2025 10:05
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ərazisinə yeni zərbələr endirildiyini bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə "X"da açıqlayıb.
Zelenskinin sözlərinə görə, Kiyevin əsas məqsədi insanların həyatını qorumaqdır. Bu səbəbdən Ukrayna və Qərb ölkələri uzaq mənzilli silahların istehsalını artırır.
Zelenski Rusiyanın müxtəlif obyektlərinə zərbələrin vurulduğunu göstərən video da paylaşıb və Ukraynanın müdafiə imkanlarını gücləndirən ölkələrə təşəkkür edib.
Ukraynanın müdafiə naziri Rustem Umerov isə ölkənin ildə 10 milyona qədər pilotsuz uçuş aparatı istehsal edə biləcəyini, maliyyə təminatı olduqda isə bu sayın artacağını bildirib. Dövlət şirkətlərə yerli tərəfdaşlar tapmaqda və məhsuldarlığı artırmaq üçün layihələrdə kömək etməyə hazırdır.
Türkan İsgəndərli
tag: Zelenski,Rusiya,Ukrayna,Zərbə,Todaypress.tv,