Zelenski: “Rusiya məhsuldar danışıqlara hazır görünmür”
Dünya
02.06.2025 14:06
Ukrayna prezidenti Volodimir Zelenski İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları öncəsi Moskvanın məhsuldar dialoqa hazır olub-olmaması ilə bağlı şübhələrini ifadə edib.
TodayPress TV xəbər verir ki, “LRT” nəşrinin yaydığı məlumata görə, Zelenski danışıqlar ərəfəsində müdafiə naziri ilə danışdığını və Ukrayna nümayəndə heyətinin görüşə hazırlaşdığını bildirib.
“Rusiya tərəfinin məhsuldar görüşlərə hazır olacağına əmin deyiləm. Amma biz həmişə hansısa qərarların mümkünlüyünə inanmalıyıq”, – deyə o qeyd edib.
Ukrayna prezidentinin sözlərinə görə, Kiyev üçün əsas prioritetlər atəşkəsin tam bərpası və hərbi əsirlərin geri qaytarılmasıdır. Zelenski bildirib ki, bu məsələlər danışıqların gündəliyində əsas yer tutacaq.
Qiymət Mahir
tag: Ukrayna,Zelenski,Rusiya,İstanbul,todaypress.tv,