Zelenski: "Rusiya Alyaskadakı danışıqlar günündə belə mülki insanları öldürür"
Dünya
15.08.2025 21:20
"Rusiya qoşunları hətta Alyaskada danışıqların keçirildiyi gün də mülki infrastruktura zərbələr endirməkdə davam edir və Moskva müharibəni dayandırmağa hazır olduğuna dair heç bir siqnal vermir"
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb.
Zelenskinin sözlərinə görə, o, kəşfiyyat və diplomatlardan Alyaskadakı görüşün hazırlığı və Rusiya Prezidenti Vladimir Putinin ora hansı mövqelərlə getdiyi barədə hesabatlar alır. Paralel olaraq isə Ukrayna vilayətlərinə yeni hücumlar barədə xəbərlər var: Sumı - mərkəzi bazara zərbə, Dnepropetrovsk vilayəti - şəhər və müəssisələrə zərbələr, Zaporojya, Xerson və Donetsk vilayətləri – məqsədyönlü atəşlər.
Ukrayna Prezidenti vurğulayıb ki, Kremlin müharibəni bitirməyə hazırlaşmasına dair heç bir əsər-əlamət yoxdur.
“Danışıqlar günü düşmən öldürməkdə davam edir. Bu, Rusiya rejiminin real niyyətləri haqqında çox şey deyir”, - o qeyd edib.
tag: Ukrayna, Zelenski, Rusiya, Alyaska, Görüş, todaypress.tv,