“Nestlé” 2027-ci ilə qədər 16 min iş yerini ixtisar edəcək
Dünya
16.10.2025 21:50
"Nestle” qida sənayesinin aparıcı şirkətləri 2027-ci ilin sonunadək 16 min nəfərin işdən çıxarılacağını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Nestlé” üzrə federal katibi və həmkarlar ittifaqının koordinatoru Kristof Kofman, verdiyi açıqlamada bu addımı çox ağır və dramatik bir qərar kimi qiymətləndirib.
Onun sözlərinə görə, “Nestle”nin son dövrlərdə maliyyə göstəriciləri zəifləyib, səhmlər dəyər itirib və şirkət rəhbərliyi bu vəziyyətdə səhmdarların etimadını bərpa etməyə çalışır.
Açıqlamalara əsasən, planlaşdırılan ixtisarların təxminən 12 mini idarə heyətində və ofis strukturlarında çalışanları, 4 mini isə istehsalat sahəsində fəaliyyət göstərən işçiləri əhatə edəcək.
Aynur TAC
tag: Nestle, Şirkət, Qida, todaypress.tv,
