Zelenski: "Azərbaycan Prezidenti ilə enerji əməkdaşlığını müzakirə etdik"

Dünya

02.10.2025 20:10

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə enerji əməkdaşlığı məsələlərini müzakirə etdiklərini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial media platformasında yazıb.

"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm oldu. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə prinsipial və ardıcıl dəstəyinə görə ona təşəkkür etdim. Biz Ukraynada ədalətli sülhün əldə olunması üçün diplomatik səyləri, eləcə də enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik", - o vurğulayıb.

O, liderlərin gələcək təmaslar barədə razılığa gəldiyini bildirib.

"Azərbaycana göstərdiyi dəstəyə görə minnətdaram", - Ukrayna Prezidenti qeyd edib.

TodayPress TV

tag: Ukrayna, Zelenski,Kopenhagen,Azərbaycan, todaypress.tv,